0702133333

0702133333

Ruslan Hikmət oğlu Abbasov

Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan
olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta
məktəbdə alıb.
2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq,
Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə
də, iyun ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birinə
dislokasiya olumuşdur.
Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin
azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak
edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli
istiqamətində şəhid olmuşdur.
Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər
Xiyabanında dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildi.