0702133333

0702133333

Azərbaycan Kitabxanaları

Haqqında

Tovuz rayon Mərkəzi Kitabxanası 1925-ci ildə yaradılmışdır. Tovuz rayonunda MKS üzrə 77 kitabxana fəaliyyət göstərir. 1 Mərkəzi kitabxana, 1 Uşaq kitabxanası, 3 şəhər kitabxana filialı, 72 kənd kitabxana filialından ibarətdir. MKS üzrə cəmi 674.199 nüsxə kitab fondu mövcuddur. Bundan 85.704 nüsxəsi latın qrafikalı, 515.493 nüsxə kiril qrafikalı, 73002 nüsxə xarici dildə (rus dilində) ədəbiyyatlardır.

Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Haqqında

Ucar rayonunda kitabxananın təməli 1948-ci ildə qoyulmuşdur. Ucar rayon Mərkəzi kitabxanası 1978-ci ildən Mərkəzləşdirilmiş kitabxana sistemi kimi fəaliyyət göstərir. MKS-yə 1 Mərkəzi kitabxana, 1 Uşaq kitabxanası, 5 şəhər kitabxana filialı, 40 kənd kitabxana filialı daxildir. Ucar rayon Uşaq kitabxanası 1950-ci ildən fəaliyyət göstərir. Rayon Mərkəzi kitabxananın 5 şöbəsi var.

Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Haqqında

Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1976-cı ildə yaradılmışdır. Yevlax şəhər MKS-nin tərkibində 59 kitabxana fəaliyyət göstərir. Yevlaxda Mərkəzi Elektiron Kitabxanası da var.

Haqqında

Zaqatala rayon Mərkəzi Kitabxanası 1923-cü ildə yaradılmışdır. Rayon Mərkəzi Kitabxanası Nizami Gəncəvinin adını daşıyır. Ötən əsrin 70-ci illərində kitabxana-informasiya şəbəkəsinin mərkəzləşdirilməsi həyata keçirilərkən 79 kitabxana filialı və 1 rayon Mərkəzi kitabxanası birləşdirilərək vahid rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılmışdır. Rayon Mərkəzi kitabxanasının kitab fondu 492 min 46 nüsxədir. Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 şöbəsi var.

Haqqında

Zərdab rayonunda kitabxananın təməli 1948- ci ildə qoyulmuşdur. 1978-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərir. MKS-yə bir Mərkəzi kitabxana, bir uşaq kitabxanası, 5 şəhər kitabxanası, 42 kənd kitabxanası daxildir.Mərkəzləşdirilmiş Kitabxanada 27.931 nəfər oxucu, 335.533 nüsxə kitab fondu var.

Haqqında

Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 35 kitabxana fəaliyyət göstərirdi. Rayon Ermənistan tərəfindən işğal olunub və kitabxana fəaliyyətini dayandırıb.