Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyət göstərir. Məktəbimiz 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 N-li sərəncamı ilə" Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.
840 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəbdə hazırda 2000-dən çox şagird təhsil alır. Məktəbdə 133 daimi, 10 müvəqqəti müəllim, 1 direktor, 5 müavin ,2 psixoloq, 1 hərbi rəhbər, 1 uşaq birliyi təşkilatının rəhbəri, kitabxana müdiri və 1 kitabxanaçı fəaliyyət göstərir. Məzunların ali məktəblərə qəbul göstəriciləri hər il yüksək olmuş və bu məzunlarin çox hissəsi 600-dən yuxarı bal toplamışlar. Ötən illər ərzində məktəbin şagirdləri respublika səviyyəli olimpiada və müsabiqələrdə iştirak etmiş və qalibi olmuşlar.
Son iki ildə - 2017-2018-ci dərs ilində bu tədris müəssisəsinə şagirdləri 8 medal qazandırmışdır ki, bunlardan biri də VIII sinif şagirdi Əlizadə Fəridin riyaziyyat üzrə Beynəlxalq olimpiadada qazandığı gümüş medal olmuşdur. 2019-2020-ci dərs ilində - çətin Pandemiya (COVİD-19) şəraitində məktəbin şagirdləri 4 medal qazanmışdır.
Məktəbin müəllimlərindən 3 nəfəri müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibləri olmuşlar. Müəllimlərin çox hissəsi fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir.
Riyaziyyat müəllimi Asif Cümşüdov 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilmişdir. Məktəbin direktoru Zakir Bayramov isə 2018-ci ildə "Respublikanın qabaqcıl Təhsil işçisi" döş nişanı, 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif edilmişdi.
Binəqədi rayonu 314 nömrəli tam orta məktəb Biləcəri qəsəbəsində yerləşir. Məktəb 2007/ 2008-ci dərs ildən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 2240 şagird təhsil alır ki, onlar 83 sinifdə komplektləşmişdir. I-IV siniflər 31, fərdi təhsil -1, V-IX siniflər 37, X-XI siniflər 10 , 4 məktəbəhazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir. Təlim Azərbaycan dilindədir. Məktəbdə 112 pedaqoji, 28 texniki işçi fəaliyyət göstərir. Məktəb binası 800 yerlikdir və 1 korpusdan ibarətdir. Məktəbdə 1 fizika, 1 kimya, 1 biologiya, 6 informatika,1 əmək hazırlığı və 1 hərbi kabinet, 1 kitabxana fəaliyyət göstərir.Kitabxananın ümumi kitab fondu 28583 ədəddir. 1 bufet,1 akt zalı, 1 idman zalı vardır. 314 №-li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. Məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kursların iştirakçıları olmuş və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlara layiq görülmüşlər. 314 №-li orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Məktəb şagirdlərinin respublika olmpiadasında və inşa yazı müsabiqələrinin şəhər turnda iştirak edərək yer tutmalarını göstərmək olar. Məktəbimizin 11-ci sinif şagirdi Ağayev Elman Elçin oğlu Respublika Tarix fənn olimpiadasında 2-ci yerə, 9-cu sinif şagirdi Hacızadə Əsma Gündüz qızı Respublika Azərbaycan dili fənn olimpiadasında 2-ci yera layiq görülmüşdür. Hər il məktəbin şagirdlərindən 600-dən yüksək bal toplayanlar olur. Müəllimlər arasında müsabiqə və layihələrdə iştirak edənlər vardır. Məktəb fiziki cəhətdən sağlamlıq imkanları məhdud uşaqlar üçün Binəqədi rayonunda evdə təhsilin təşkili üzrə mərkəz məktəbdir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 315 nömrəli tam orta məktəb 2007-ci ildə tikilib isifadəyə verilmişdir.960 şagird yerlikdir.48 sinifotağı,3 kabineti (fizika,kimya,biologiya), 4 elektron lövhəsi vardır.20 ədəd komputer, 15ədəd nootbuk, 11 ədəd proyektor şagird və müəllimlərin istifadəsindədir. Məktəbdə 45 nəfər müəllim fəaliyyət göstərir. Təhsil müəssisəsi illik fəaliyyət planı əsasında işləyir.Planda nəzərdə tutulan tədbirlər və yuxarı təşkilatlar tərəfindən verilən əmr, qərar və göstərişlər vaxtında icra olunur.Belə ki, məktəbdaxili nəzarət və rəhbərlik həyata keçirlir.Fənlər üzrə müəllimlər tərəfindən nümunəvi dərslər verilmişdir. Məktəbdə müxtəlif metodiki və nəzəri mövzular üzrə pedaqoji oxular təşkil edilmiş, yeni pedaqoji üsul və metodların öyrənilməsi və tətbiq edilməsi işinə yaradıcı yanaşılır. 315 nömrəli tam orta məktəbdə təlim-tərbiyə sahəsində işlər cənab Prezident İlham Əliyevin Təhsil sahəsində son illər imzaladığı fərmanlara uyğun olaraq qurulmuşdur. Belə ki, “Təhsil İslahatı”,“Təhsil haqqında Qanun”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nin tələblərindən irəli gələn müddəaların həyata keçirilməsi sahəsində mərhələli işlər görülür. Məktəbin idarə olunmasında, təlim-tərbiyə prosesinin təşkilində təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan icbari ümumi orta təhsilin həyata keçirilməsi sahəsində təsirli tədbirlər həyata keçirilir. Yeni pedaqoji texnalogiyaların və innovasiyaların tədris prosesində tətbiqinə səy göstərilir. İstedadlı uşaqların müəyyən edilməsi , onlarla aparılan işin “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”na uyğun qurulmasına nail olunur. Məktəbin idarə olunmasında cəmiyyətin daha geniş təbəqələrinin iştirakı təmin olunur.Məktəbdaxili nəzarətin həyata keçirilməsi sahəsində yeni qiymətləndirmə metodlarından istifadə olunmasına, fəaliyyətini yeni üsullarla qiymətləndirilməsinə nail olunur. Təhsil sahələrinin monitorinqinin keçirilməsi zamanı ən yaxşı sinfin müəyyən edilməsində müasir qiymətləndirmə mexanizmlərindən istifadə olunur. Təhsilin keyfiyyətinə təsir edən mənfi halların müəyyən edilərək aradan qaldırılması yolları araşdırılır və təkliflər hazırlanır. Monitorinqlərin nəticələrinin hərtərəfli təhlilini aparmaqla mövcud vəziyyət obyektiv qiymətləndirilir və məktəbin gələcək fəaliyyətinin düzgün istiqamətləndirilməsi üçün meyarlar müəyyənləşdirilir. Məktəb avadanlıqlarından səmərəli istifadə olunur, onların qorunub saxlanmasına nəzarət gücləndirilir. Məktəb kitabxanasının yeni dərslik və ədəbiyyatla təminatı sahəsində iş davam və inkişaf etdirilir, dərsliklərin qorunub saxlanması,səmərəli istifadə olunması işinə nəzarət gücləndirilir. Bütün müəllimlər öz fəaliyyətində : -Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və onun azərbaycançılıq ideyalarının təbliğini ; -Gənc nəslin müstəqil həyata hazırlanması, onların müstəqil Respublikamızın layiqli vətəndaşları kimi tərbiyə olunması, onlarda şüurlu vətəndaşlıq mövqeyinin formalaşdırılmasına; -Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq milli –mənəvi əxlaq tərbiyəsinin xalqımızın ümumdünya mədəniyyətinə bəxş etdiyi milli- mənəvi dəyərlərini, Azərbaycan dilinin, Azərbaycan ədəbiyyatının,Azərbaycan tarixinin,Azərbaycan coğrafiyasının öyrənilməsi zəminində şagirdlərdə vətənpərvərlik, doğma xalqa dərin məhəbbət, vətənə və torpağa bağlılıq tərbiyəsinin ön plana çəkilməsini; -Azərbaycan Respublikasının “Təhsil Qanunu” na ,“Ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi”nə,”Təhsil İslahatlarına dair Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq öz işlərini qurmalarına; -Pedaqoji kollektivin fəaliyyətinin əsaslı surətdə yeniləşdirilməsi, müəllim-şagird münasibətlərini yeni əsaslar üzərində qurmaqla bərabər keçiriləcək müxtəlif müsabiqələrin yüksək fəallıq və obyektivlik şəraitində aparılmasına nail olmaq üçün geniş tədbirlərin görülməsini; -Təhsildə yeni mütərəqqi üsulların, fəal təlim metodlarından istifadə etməsinin, dünya təhsil sistemindəki yeniliklərin öyrənilməsi və tətbiqi sahəsində kollektivin potensial imkanlarından daha səmərəli istifadə olunmasını; -Şagirdlərin milli və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bütün vasitələrdən məqsədyönlü şəkildə istifadəni; -Şagirdlərin yaradıcı təfəkkürünün, bilik və bacarıqlarının hərtərəfli inkişafı, ali və orta ixtisas məktəbləri ilə intensiv əlaqələrin qurulması, texniki peşə məktəbləri ilə ənənəvi əlaqələrin bərpası və icbari təhsilin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin edirlər.
Məktəb cənab prezident İlham Əliyevin 2006-cı il fərmanı ilə tikilmişdir. Bu fərman əsasında 15.09.2007-ci lidən 558 nəfər şagirdlə fəaliyyətə başlamışdır. 136 nəfər pedaqoji heyyət və 31 nəfər texniki işçi ilə ilk tədris ilini başa vurmuşdur. Məktəbdə 42 sinif otağı, fizika, kimya, biologiya kabinetləri quraşdırılmış və informatika otağı, kitabxana, idman zalı, bufet fəaliyyət göstərir.88 sinif komplekti və 2812 nəfər şagird kontingenti mövcuddur.Hal-hazırda 2812 şagirdin təlim-tərbiyəsi ilə 136 müəllim məşğul olur. Təlim Tərbiyə işləri üzrə direktor müavinləri şagirdlərin davranışı, davamiyyəti və təhsili ilə yüksək səviyyədə məşğul olmağa çalışırlar.
Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.
Məktǝbin idarə olunmasında valideyn və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin tədris planlarının təsdigi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə müxtəlif təmayül sinifləri yaradılmışdır.
Məktəbdə məktəbəhazırlıq qrupları faaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət tasir göstərir. Bunun nəticəsidir ki, hər il 40-50% məzunumuz ali məktəbə qəbul olur.
15.09.2007-ci ildə istifadəyə verilmişdir. Məktəb Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşir. Birtiplidir. Təhsil Nazirliyinin sifarişi əsasında tikilmişdir və məktəb BŞTİ-nin tabeliyindədir. 840 şagird yerlikdir. Həyətyanı sahəsi 10950 kvadrat metrdir. 43 sinif otağı, idman zalı, idman meydançası, idman avadanlıqları, yaşıllıq zolağı, kitabxana, bufet, 100 yerlik akt zalı, fizika və kimya laboratoriyaları, iki kompüter otağı var. Məktəbdə əsas xarici dil İngilis dilidir. İkinci xarici dil kimi Rus dili tədris olunur. Bütün müəllimlər sınaq qiymətləndirməsindən keçmiş və yüksək nəticə göstərmişlər. İxtisaslı kadrlarla tam təmin olunmuşdur.
Məktəb 2007-ci ildə Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondunun vəsaiti hesabına tikilmişdir. Fəaliyyətə 37 sinif, 802 şagirdlə başlamış, hazırda 88 sinifdə 1989 şagird təhsil alır. Onlardan 127 şagird məktəbəhazırlıq qruplarında təhsil alır. İkinövbəlidir, 5 günlük iş həftəsi ilə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə görə 318 nömrəli məktəbin müəllimləri Suraxanı rayonu üzrə ən yüksək göstəricilərə nail olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1581 № li sərəncamı ilə Bakı şəhəri 318 nömrəli tam orta məktəb 2010-2011-ci tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin pedaqoji kollektivi təhsil sahəsində səmərəli fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Son illərin göstəricilərinə əsasən məktəb rəhbərliyi və müəllim kollektivinin səyi nəticəsində məktəbin ümumi müvəffəqiyyət faizi ildən-ilə artır. 2013-2014-cü tədris ilinin sonunda 10 məzun 300-400, 6 məzun 400-500, 7 məzun 500-600, 2 məzun isə 600-700 arası bal toplamışdır. Onlardan 6 nəfəri xarici ölkələrin universitetlərinə, 38 nəfəri Azərbaycanın Dövlət Universitetlərinə, 9-u isə özəl universitetlərə daxil olmuşdur. İlin müvəffəqiyyət faizi 62% olmuşdur. 2014-2015-ci tədris ilində 10 məzun 200-300, 11 məzun 300-400, 7 məzun 400-500, 7 məzun 500-600, 4 məzun isə 600-700 arası bal toplamışdır. İlin müvəffəqiyyət faizi 64,6% olmuşdur. 2015-2016-cı tədris ilində məktəbin 53 məzunu müxtəlif universitetlərə daxil olmuşdur. Həmin il 9 məzun 500-600, 6 məzun isə 600-700 arası bal toplayaraq tələbə adını qazanmışdır. İlin ümumi müvəffəqiyyət faizi 76, 8% olmuşdur. 2016-2017 - ci tədris ilində 56 şagird qəbul imtahanlarında yüksək bal toplayaraq dövlət universitetlərinə qəbul olmuşlar.
Məktəb Təhsil Nazirinin 2015-ci il 8 iyun tarixli əmri ilə 2015-2016-cı dərs ilindən 10-11-ci siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı təhsil müəssisələrinin siyahısına əlavə olunmuşdur.