0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri Sabunçu rayonunda yerləşən 307 nömrəli tam orta məktəb 2006-cı ildə istifadəyə verilmişdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq məktəb 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib,Təmirdən sonra məktəbdə müasir avadanlıqlarla təmin olunmuş kimya, fizika, biologiya laboratoriyaları, hərbi, 2 komputer otaqı, akt zalı, lazımı avadanlıqlarla təchiz olunmuş idman zalı, kitabxana, oxu zalı şagirdlərin ixtiyarına verilmişdir.Fənn kabinetləri lazımı təchizatla təmin edilib. Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən istifadə etməyə şərait yaradır. 360 şagird yerlik əlavə korpus tikilərək istifadəyə verilib. Əsas binada yerlik 1608 şagir sayı vardır. Məktəbimiz II növbəlidir. Hal hazırda 2463 şagird təhsil alır .137 müəllim heyəti çalışır. Məktəbimizin hər il ali məktəblərə daxil olan məzunların sayı əvvəlki ildən daha çox olur.

Haqqında

05.09.2007 ci ildə Yeni Yasamal - II massivi Ə.Əhmədov küçəsində 308 № -li tam orta məktəb fəaliyyətə başlamışdır.1296 yerlik olan məktəb "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Səudiyyə İnkişaf fondu "tərəfindən tikilmişdir. Məktəb 6 korpusdan ibarət 3 mərtəbəlidir.4 korpus tədris,2 korpus isə inzibati bina kimi nəzərdə tutulmuşdur.Məktəbdə 34 kompüter olmaqla 2 informatika kabineti, 37 sinif otağı ,18 kabina ,oxu zalı ,yardımcı otaqlar ,üzgüçülük hovuzu ,idman zalı ,300 nəfərlik akt zalı ,240 yerlik bufet tam istifadə olunmaqla fəaliyyət göstərir.Məktəb Azərbaycan dilində fəaliyyət göstərir və ikinövbəlidir.Tələbə Qəbulunun Dövlət Komisiyasının rəsmi məlumatına əsasən 2008-2009 cu tədris ilində şagird qəbulu 43.47% ,2009-2010 tədris ilində 47.83 % ,2010-2011 ci tədris ilində 49.3% ,2011-2012 ci tədris ilində isə 65 % olmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin avqust 26.12.2013 -cü tarixli 3043 nömrəli Sərəncamı ilə Bakı şəhəri 308 nömrəli tam orta məktəb 2012 \ 2013-cü dərs ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi " müsabiqəsinin qalibi olmuşdur.Məktəbdə fəaliyyət göstərən müəllim sayı 117, təhsil alan şagird sayı isə 1747 nəfərdir .Məktəbimizdən bir neçə şagird 2013 cü ildə Rəqs üzrə beynəlxalq müsabiqədə ölkəmizi təmsil etmiş və I yerə layiq görülmüş , bununla yanaşı idman sahəsində cudo üzrə bir neçə şagirdimiz İranda məktəbimizi təmsil etmiş və II yerə layiq görülmüşdür."Xüsusi İstedada Malik olan Uşaqların (Gənclərin) Potensialının İnkişafı Üzrə Dövlət Proqramı (2006-2010 cu illər) III dərəcəli diploma layiq görülmüşdür.Həmin şagird hal-hazırda Türkiyənin Ankara şəhərində OTTİ Universitetində təhsil alır.Bununla yanaşı 9 noyabr Azərbaycan Dövlət Bayrağı günü münasibəti ilə "Mənim bayrağım "mövzusunda keçirilmiş şer müsabiqəsində fərqləndiklərinə ,I yer tutduqlarına görə Yasamal rayonu Gənclər idman İdarəsinin xüsusi diplomlarına layiq görülmüşdürlər.2009 -2010 cu tədris ilində şagirdlərimizdən Yasamal rayonu (Riyaziyyat ) fənni üzrə olimpiadasında I yer tutaraq qalib olmuşdur.Müəllimlərimizdən isə (coğrafiya ,İbtidai sinif ,Dil/ədəbiyyat )gənc nəslin təlim -tərbiyəsində "Fəxri Fərman "ilə təltif olunmuşdur.İKT -dən istifadə 95% -dir.Məktəbin foyesində Ulu Öndərin büstü qoyulmuş və mütəfəkkirlərin em ,təhsillə bağlı kəlamları asılmışdır.Şagirdlərlə bağlı qaydalar ,Dövlət rəmzləri foyelərdə və sinif otaqlarında asılmışdır.Daxili intizama nəzarət məqsədi ilə dəhlizdə videokamera quraşdırılmışdır.

Haqqında

Məktəb 2007-ci il sentyabrın 15-də istifadəyə verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindədir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşir. Məktəbdə 44 sinif otağı var. 2 informatika kabineti, fizika və kimya laboratoriyaları,120 nəfərlik akt zalı, kitabxana fəaliyyət göstərir. 36 ədəd fərdi kompyuter, 3 ədəd notebook və 6 ədəd ağıllı lövhə şagirdlərin istifadəsindədir. Hazırda məktəbdə 29 sinifdə komplektləşdirilmiş 709 şagirdin təhsili ilə 65 müəllim məşğul olur. Məktəbdə iki məktəbəqədərhazırlıq qrupu var. Məktəb bir növbəlidir. Fərdi istilikxanası var. Qaz və su ilə daimi təmin olunmuşdur. Məktəbə 2007-ci ildən Ramiz Osmanov rəhbərlik edir.

Haqqında

Sabunçu rayonu 310 №-li tam orta məktəb 15.09.2007-ci il tarixdə Respublika Prezidenti İlham Əliyev cənablarının sərəncamı əsasında tikilmişdir. Məktəbimizin yaşı az olduğundan “İlin müəllimi” layihəsində iştirak etməyib. Məktəbdə 122 nəfər müəllim işləyir.1774 şagird təhsil alır. Məktəbimizin müəllimi “Tərəqqi” medalına layiq görülüb. 2014-2015-ci il dərs ilinin məzunlarının 72%-i Ali məktəblərə daxil olub.Bir məzunumuz 685 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına qəbul olub. Məktəbin ümumi sahəsi: 5600 kv/m Ərazinin ümumi torpaq sahəsi: 1519 kv/m Yaşıllıq sahəsi: 98kv/m Daş hasar və metal darvaza: 60kv/m Tikinaltı torpaq sahəsi: 1255kv/m Yeraltı su anbarının sahəsi: 64kv/m Qazanxana sahəsi: 42kv/m İstismara verildiyi vaxt: 2007-ci il

Haqqında

Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyətə başlamışdır. Şagird sıxlığı ilə əlaqəli olaraq dərslər 2 növbəli rejimdə tədris olunur. Məktəbdə şagirdlərin tədrisi üçün akt zalı, idman zalı və laboratoriya otaqları vardır. Məktəbin yeni inzibati binası 15 sentyabr 2016-ci il “Bilik günü“ndə Cənab prezidetimiz İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.Hal-hazırda təhsil alan şagirdlərin sayı 2260, təhsil verən müəllimlərin sayı -119 nəfərdir. 2020-2021-ci tədris ilində məzunların 87% -i ali məktəblərə qəbul olub. 5 nəfər 600- dən yuxari, digərləri isə yüksək bal toplamışdır.

Haqqında

312 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmiş, şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Məktəb 1 korpusdan ibarət olub, geniş potensiala malikdir. Burada şagirdlərin təhsil alması üçün yüksək standartlara cavab verən 60-dan çox geniş, işıqlı sinif otaqları, 2 fizika laboratoriyası, 4 informatika otağı, 2 kimya, 2 biologiya, kitabxana, akt zalı, idman zalı, yeməkxana və futbol meydançası var. Məktəb uğura gedən yolda inamla addımlayır. Müəllimlərimiz bir çox treninqlərdə, kurslarda fərqlənmiş və fərqlənməkdədir. Məktəbin pedaqoji kollektivi müəllimlərin diaqnostik qiymətləndirməsinin nəticələrinə görə Nizami rayonu üzrə birincidir. Məktəbdə şagirdlərin yüksək təhsil almasına yardım edən və bu yolda əlindən gələni əsirgəməyən 49 nəfərdən ibarət müəllim kollektivi fəaliyyət göstərir. 2007-ci ildən fəaliyyət göstərən məktəb 1296 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Hal-hazırda məktəbdə məktəbəhazırlıq qrupu ilə birgə 414 şagird təhsil alır. Şagird kontingentinin az olmasına baxmayaraq kifayət qədər uğurlarımız da var. Şagirdlərimiz eyni zamanda rayon və respublika üzrə keçirilən olimpiadalarda, bilik yarışlarında, rəsm və şeir müsabiqələrində yüksək nəticələr əldə edərək fərqlənmişlər. Hər il 600-dən çox bal toplayan şagirdlərimiz də olur. 2015-2016-cı ildə məktəbin 5 məzunu,2016-2017-ci tədris ilində məktəbin 1 məzunu, 2017-2018-ci tədris ilində 2 məzunu bu nəticəni göstərib. Məktəb 2016-2017-ci tədris ilində doqquzuncu siniflərin buraxılış imtahanının nəticələrinə görə 71 pillə irəliləyərək 255-ci yerdən 184-cü yerə qalxmışdır. 2017-2018-ci ildə məktəbin tarixində ilk dəfə olaraq Ağayeva Lalə qızıl medal almışdır.

Məktəb 1 növbədə, 5 günlük iş rejimində fəaliyyət göstərir. Dərslər saat 800-da başlayır. Nizam-intizamı, disiplini tam qaydasında olan məktəbdə pedoqoji kollektivinin əsas fəaliyyət qayəsi şagirdlərə keyfiyyətli bilik vermək, onların mənəvi tərbiyəsini, fiziki hazırlığını inkişaf etdirmək və cəmiyyətə vətənpərvər, milli əxlaqi dəyərlərə malik xeyirli vətəndaşlar yetişdirməkdir.