0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

V.Əvəzov adına 300 nömrəli tam orta məktəb 1932-ci ildə yaradılıb.II dünya müharibəsi illərində məktəbin binasından hərbi hospital kimi istifadə olunub.2001-ci ildən Şəhid Vüqar Əvəzovun adını daşıyır.2018-2019-cu ildə Dövlət proqramına uyğun olaraq 640 yerlik yardımçı korpus əsaslı təmir olunmuş,2019-2020-ci ildə yeni 960 yerlik əsas bina tikilərək istifadəyə verilmişdir.

Məktəbin açılışını “Bilik günü “ cənab prezident İlham Əliyev və Mehriban xanim Əliyeva etmişdir.

Məktəb 2022-2023-ci dərs ilində 5 günlük iş həftəsi və bir növbəli fəaliyyət göstərir.

Məktəbdə 139 nəfər pedoqoq, 24 nəfər texniki işçi çalışır.77 sinifdə 2352 şagird, 5 məktəbə hazırlıq qrupunda 122 uşaq təhsil alır.

Haqqında

301 nömrəli tam orta məktəb 1994-cü ildən Bakı Dəmiryolları Stansiyasının tabeliyində şəhid Seymur Məmmədovun adını daşıyan 6 saylı məktəb olaraq fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı ilk illərdə məktəbdə tədris 1 korpusdan ibarət, üç növbəli şəkildə, 150 nəfər şagirdlə aparılmışdır. Bina ikinci dünya müharibəsindən əvvəl almanlar tərəfindən inşa edilmişdir. Məktəb 2001- ci ildən Təhsil Nazirliyinin balansına daxil edilmiş və Nazirliyin göstərişi ilə 2006-cı ildə yeni 3 mərtəbəli 24 sinif otağından ibarət korpus tikilmişdir. Bundan sonra məktəb indiki dövrədək 2 növbəli iş rejimi ilə fəaliyyətini davam etdirir. Məktəbdə ümumilikdə 32 sinif otağı və 3 fənn laboratoriyası vardır. Məktəbdə 2019-2020-ci tədris ilində sanitar qovşaqların yenilənməsi ilə əlaqədar cari təmir işləri aparılmışdır. Hazırda 926 nəfər şagird 38 sinifdə komplektləşdirilmişdir.

Haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 302 №li tam orta məktəbin binası 1966- cı ildə təməli qoyulmuşdur. 1967- ci ilin yanvarında da ümumtəhsil məktəbi kimi istifadəyə verilib. Məktəb 964 nəfər şagird üçün nəzərdə tutulub. Məktəb 2012-ci ilin yay dövründə əsaslı təmir olunmuşdur. Hazırda məktəbdə müasir texnika ilə təchiz olunmuş fənn kabinetləri, sinif otaqları, zövqlə işlənilən akt zalı, kitabxana fəaliyyət göstərir. 34 sinif otağı, elektron lövhəsi vardır. 14 ədəd kompüter, 5 ədəd nootbuk,7 printer, 5 ədəd proyektor şagird və müəllimlərin istifadəsindədir. (012)544-16-49 nömrəsi ilə məktəblə əlaqə saxlamaq olar. Məktəbdə 49 müəllim və 14 texniki işçi və 9 inzibati işçi olmaqla 72 nəfər fəaliyyət göstərir.2022/2023-ci dərs ilinin I yarımilində məktəbdə 770 şagird təhsil alır.Təhsil müəssisəsi Pedaqoji Şuranın təsdiq etdiyi illik fəaliyyət planı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmr, sərəncam və tövsiyələri əsasında fəaliyyət göstərir. 302№li tam orta məktəbdə təlim - tərbiyə sahəsində işlər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı fərmanlara uyğun olaraq qurulmuşdur. Belə ki, “Təhsil İslahatı ”, “Təhsil haqqında Qanun ”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən irəli gələn müddəaların həyata keçirilməsi sahəsində mərhələli işlər görülür. Qrafikə uyğun təsdiq edilmiş “ açıq dərs ”lər keçirilir və müzakirə olunur. Yeni pedaqoji texnologiyaların və innovasiyaların tədris prosesində tətbiqinə səy göstərilir. Məktəbin kitabxanasının 300-dən çox abunəçisi var. Bu da təhsil alan şagirdlərimiz üçün mütaliənin əsas olduğunu göstərir. Məktəb kitabxanasının yeni dərslik və ədəbiyyatla təminatı sahəsində iş davam və inkişaf etdirilir, dərsliklərin qorunub saxlanması, səmərəli istifadə olunması işinə nəzarət gücləndirilir, hər ay məktəbdaxili monitorinqlər aparılır. Məktəbdə psixoloji xidmət işinin təşkilinin özünəməxsus yeri var. Məktəbin Psixoloji Xidmət İşinin təşkili üçün ayrılmış kabinet var. Həmçinin istedadlı uşaqların müəyyən edilməsi , onlarla aparılan işin “ Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı ”na uyğun qurulmasına nail olunur.Yeniyetmələrin müstəqil həyata hazırlanması və digər məsələlər barədə psixoloji xidmət göstərilir. O cümlədən, AR Təhsil Nazirliyi tərəfindən təsis olunmuş, şagirdlərin elmi-texniki, tədqiqat işlərinin aparılması, potensiallı şagirdlərin üzə çıxarılmasını təşkil etmək üçün yaradılan "Kiçik Akademiya" layihəsi tətbiq olunaraq, bölmələr üzrə şagirdlər üçün fəaliyyət göstərməyə başlamışdır. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yay dövründə keçirilən Sınaq Diaqnostik Qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda məktəbin müəllimləri iştirak etmiş və yüksək nəticə ilə Qaradağ rayonu üzrə məktəb 6-cı yerə çıxmışdır. 2015/2016-cı dərs ilində məzun olmuş şagirdlərdən 72% olmaqla ali təhsil ocaqlarına qəbul üzrə Qaradağ rayon üzrə 2-ci yer tutmuşdur.

Haqqında

303 nömrəli ümumi orta məktəb Qaradağ rayonu Ələt qəsəbəsində yerləşir.Məktəb Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdərə döyüşlərində 1992-ci ildə qəhrəmancasına şəhid olmuş Mirzəağa Ağaəli oğlu Məmmədovun (20.03.1959-cu ildə Ələt qəsəbəsində anadan olmuşdur) adını daşıyır. Hal-hazırda M.Məmmədov adına 303 nömrəli ümumi orta məktəb kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1952-ci ildə Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin Təhsil şöbəsi nəznində yaradılmış, istifadəyə yararsızdır. Əsaslı təmirə və yaxudda yenidən tikilməyə ehtiyyacı olan binadır. Məktəbin digər binası 2006-cı ildə müasir tələblərə uyğun tikilsədə şagirdlərin sayına görə sıxlıq təşkil edir.

Haqqında

305 nömrəli tam orta məktəb Sabunçu rayon Pirşağı qəsəbəsi Yeni yaşayış massivində yerləşir.Məktəb ümummilli liderimiz Heydər Əliyevin sərəncamı əsasında 2003-cü ildən tikintisinə başlanıb.2004-cü ildə tikinti başa çatdırılıb.2004-2005-ci tədris ilindən fəaliyyət göstərir. Məktəbimizdə 26 nəfər müəllim çalışır və hər bir müəllim öz ixtisası üzrə dərslə təmin olunmuşdur. 2014/2015-ci tədris ilində məktəbdə təhsil alan şagirdlərin sayı isə 281 nəfərdir. Məktəbin hər tədris ilində ali məktəbə qəbul olunan məzunların sayı 50%-dən çox olmuşdur.Belə ki, 2013/2014- cü tədris ilində 12 nəfər məzunumuz ali məktəblərə qəbul olmuşdur. 2015-c ilin yanvar ayında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Xocalı faciəsi ilə bağlı keçirilən rəsm sərgi müsabiqəsində məktəbin şagirdlərindən biri 2-ci yerə layiq görülmüşdür.

2022-2023-cü tədris ilində 502 şagird təhsil alır.

Haqqında

Məktəb 2005 - 2006- cı dərs ilindən fəaliyyət göstərir. Məktəb ərazisi ümumi sahəsi 8000 m2-dir. Binanın ümumi sahəsi 2598.43m2 - dir. Məktəbin 39 sinif otağı var. Məktəbdə 58 sinif var, 1-4 - cü siniflərin sayı 25, 5-11- ci siniflərin sayı 29- dir. Məktəbdə şagird yerlərinin sayı 960- dır. Cari dərs ilinin ll yarısında 1648 şagird təhsil alır. Məktəb 1 korpusdan ibarətdir. Məktəbdə 6 kabinet, 3 laboratoriya otağı ,1 informatika kabineti, 1 hərbi otaq, 2 əmək hazırlığı otağı, 1 kitabxana, 1 yemekxana, 1 emalatxana vardır. Kitab fondu 25903 ədəd kitabdan ibarətdir. Məktəbdə fərdi qazanxana var.