0702133333

0702133333

Azərbaycan universitetləri

Haqqında

Azərbaycan Kooperasiya Universiteti yaradıldıqdan sonra onun maddi-texniki bazasının möhkəmləndirilməsi, professor-müəllim heyətinin tərkibinin yaxşılaşdırılması, kadr hazırlığı aparılan ixtisasların sayının genişləndirilməsi, təhsilin səviyyəsinin yüsəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılmışdır. Tədris korpusunun ümumi sahəsi 10500 kv. metrdir. Bundan əlavə Azərittifaqın İdarə Heyətinin sədrinin 2011-ci il 16 avqust tarixli F-16 nömrəli sərəncamı ilə Bakı Biznes və Kooperasiya Kollecinin 4-cü və 5-ci mərtəbələrindən Universitetin istifadəsinə 2000 (iki min) kv.m. tədris sahəsi ayrılmışdır.

Hazırda Universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı aparılır. Universitetin 8 fakültəsində tələbələr 19 ixtisas üzrə Azərbaycan və Rus dillərində əyani və qiyabi formada təhsil alırlar. Universitetdə 20kafedra, 50-dən artıq laboratoriya və fənn kabinetləri, 4 komputer laboratoriyası, 30 min nüsxədən artıq kitab fonduna malik olan kitabxana və oxu zalı, mətbəə, tibb məntəqəsi, idman zalı, iaşə müəssisəsi, arxivfəaliyyət göstərir. Təhsil alan tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında 17 nəfər professor, 112 nəfər dosent və elmlər namizədi (fəlsəfə doktoru), 96nəfər, baş müəllim və assistent çalışır. Tədrisin və dərsdənkənar hazırlığın təşkili 86 nəfərdən ibarət tədris – köməkçi heyət və tyutor xidməti tərəfindən həyata keçirilir.

Azərbaycan Kooperasiya Universiteti MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə bu təhsil müəssisəsi 1998-ci ildə ABŞ-nın Beynəlxalq Marketinq İnstitutunun Qran-pri mükafatına layiq görülmüşdür. Universitetin Türkiyə, Rusiya, Belorus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.

2009-cu ildə Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra 21 yanvar 2011-ci il tarixdə Respublikası Nazirlər Kabineti tərəfindən Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin təsdiq olunması ilə əlaqədar olaraq Azərbaycan Kooperasiya Universitetinin yeni Nizamnaməsi qəbul edilərək 7 dekabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır.

Haqqında

Bakı Biznes Universiteti 1993-cü ildə yaradılmışdır. O, bazar iqtisadiyyatına keçid şəraitində yüksək ixtisaslı iqtisadçı mütəxəssislər hazırlayan özəl ali təhsil müəssisəsidir.

Bazar iqtisadiyyatına keçid yeni təfəkkürlü yüksək ixtisasli mütəxəssislərə, o cümlədən, beynəlxalq münasibətlər, kommersiya, biznes və sahibkarlığın digər sahələrində iqtisadçı kadrlara böyük ehtiyac yaratmışdır. Bakı Biznes Universiteti ali təhsil müəssisəsi kimi bu problemlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasinin Təhsil Nazirliyinin 1993-cü ildə Bakı Biznes Universitetinə fəaliyyət üçün verdiyi qərara uyğun olaraq Nazirlər Kabinetinin 204 sayli sərəncamına əsasən Universitet lisenziya ilə təmin edilmişdir. Həmin lisenziya ilə Universitetdə bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı müəyyən edilmişdir. 19 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Bakı Biznes Universitetinə müddətsiz lisenziya verilmişdir.

Bakı Biznes Universitetində tədris prosesi 18 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 8 kafedra tərəfindən aparılır.

Universitetdə iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə geniş profilli mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar. Hazırda Universitetimizdə 126 nəfər professor-müəllim heyəti tərəfindən kadr hazırlığı həyata keçirilir.

Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Tədris prosesində aparıcı fənlər təlim vaxtının 80%-ni təşkil edir.

Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır.

Universitetdə iki mərhələdə – bakalavriat və magistratura səviyyələri üzrə mütəxəssislər hazırlanır. Tələbələr əyani və qiyabi təhsil alırlar. Hazırda Universitetimizdə təhsilin əyani formasında 2310 nəfər, qiyabi forması üzrə 184 tələbə təhsil alır.

Haqqında

Universitet 1991-ci ilin iyun ayından fəaliyyətə başlamış (əvvəlki adı Ali İctimai-Siyasi Kollec) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 1997-ci il tarixli 204C saylı sərəncamı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almışdır.

7 iyul 2014-cü ildə Təhsil Nazirliyi İctimai-Siyasi Universitetə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib

Haqqında

"Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.
Universitetdə 4 fakultə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri , elmlər doktorları , professorlar , dosssentlər vardır.
Universitetdə 14 ixtisas üzrə bakalavr, 4 ixtisas üzrə magistr hazırlığı aparılır.
Universitet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura və pedaqoji baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnalogiyalardan istifadə olunur.
Elektorn zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir.
Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramlarda və layihələrdə iştirak edir.

Haqqında

Kadr hazırlığı Azərbaycan həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. 1952-ci ildən müxtəlif adlar altında fəaliyyət göstərən həmkarlar ittifaqlarının tədris mərkəzi kadrların və fəalların ixtisasının artırılması və yenidən hazırlanması vəzifəsini yerinə yetirirdi. Eyni zamanda, 1962-ci ildə ali təhsilli kadrların hazırlanması məqsədilə keçmiş SSRİ Həmkarlar Hərəkatı Ali Məktəbinin Bakı Tədris-Məsləhət Mərkəzi yaradılmışdır. 1998-ci ildə həmin stansiya Rusiya Federasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 2006-cı ildə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yaradılmışdır.

Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil edilən və rektorun rəhbərlik etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın 19 üzvü var.

Haqqında

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdır. Bakı İslam Mədrəsəsi SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17 yanvar 1989-cu il tarixli, 2№-li protokoluna əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində fəaliyyətə başlamışdır. Bakı İslam Mədrəsəsi struktur baxımından Buxara mədrəsəsi nümunəsi əsasında qurulsa da, tədris proqramı mümkün qədər Azərbaycanın konfessional durumuna yaxınlaşdırılmışdır. Fəaliyyət göstərdiyi müddətdə Bakı İslam Mədrəsəsində 86 tələbə təhsil almışdır.

1991-ci ilin yanvarında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurasının qərarı ilə QMİ-nin 14 yanvar 1991-ci il tarixli 2№-li əmrinə əsasən Bakı İslam Mədrəsəsi Bakı İslam İnstitutuna çevrilmişdir. İnstituta ilk dəfə qəbul imtahanları keçirilmiş və 20 nəfər qəbul edilmişdir. Burada yalnız mədrəsəni bitirmiş gənclər oxumaq haqqı qazanmışlar.

QMİ-nin təşəbbüsü ilə 1992-ci ilin axırlarında Bakı İslam İnstitutu Bakı İslam Universiteti adını aldıqdan sonra tədris müəssisəsinə qəbul olanların sayında artım müşahidə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarına əsasən universitetin yeni adı rəsmən təsdiq olunmuşdur[4].

Hazırda universitetdə "İslamşünaslıq" və "Şəriət" fakültələri var. İndiyədək Bakı İslam Universitetinin təxminən 1350 məzunu olmuşdur (2012). 1995-ci ildən universiteti bitirən tələbələrdən 450 nəfəri xarici ölkələrdə təhsil almağa göndərilib.

2009-cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermişdir. Həmin razılığa əsasən Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır. Lisenziyaya uyğun olaraq, bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 il müddətində olacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Bakı İslam Universiteti üçün keçid balının 100 bal müəyyənləşdirilmişdir.

Bakı İslam Universiteti 2006-2010-cu illərdə əsaslı təmir olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli, 163№-li sərəncamına əsasən Bakı İslam Universiteti 135 saylı şəhadətnaməilə qeydiyyata alınıb.

Universitetin rektoru Hacı Sabir Həsənlidir. Universitetin müəllim heyətinin əksəriyyəti BİU-nun öz məzunlarıdır.