0702133333

0702133333

Azərbaycan universitetləri

Azərbaycan Müəllimlər İnstitutu(Cəlilabad filialı)

Haqqında

13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır.

26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu (Quba filialı)

Haqqında

Keçmiş Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı hesab olunmuşdur.

Azərbaycan Müəllimlər İnstitutu(Zaqatala filialı)

Haqqında

13 iyun 2000-ci il tarixində Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır.

26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşməsi nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur.

29 aprel 2016-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.

Azərbaycan Müəllimlər İnstitutu(Qazax filialı)

Haqqında

13 iyun 2000-ci il tarixində Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialına çevrilmişdir.

29 aprel 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialı hesab olunmuşdur.

Azərbaycan Müəllimlər İnstitutu(Mingəçevir filialı)

Haqqında

13 iyun 2000-ci il tarixində Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdır.

24 iyul 2015-ci il tarixində ləğv edilmişdir.Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Müəllimlər İnstitutu(Gəncə filialı)

Haqqında

13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır.

2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Bundan sonra tələbələr Gəncə Dövlət Universitetinə köçürülmüşdür.