0702133333

0702133333

Azərbaycan universitetləri

Haqqında

Ü.Hacıbəyli adına Baki Musiqi Akademiyasının son dövr fəaliyyətinə diqqət yetirdikdə burada görə gözə çarpan bəzi yenilikləri və yadda qalan hadisələri qeyd etmək olar .

İlk növbədə 2004-2005-ci tədris ilindən başlayaraq BMA-da Bolonya təhsil sisteminin tətbiq olunması nı cəhd etməliyik.Təhsil ocagımızın iki pilləli təhsil proqramına riyayət etməsi, təbii ki Musiqi Akademiyasının tədris prosesin yenidən qurulması demək idi. Bununla baglı olaraq BMA-da iki pilləlı təhsil proqramı qəbul olundu ki,onun birincu pilləsi olan bakalavratura ilə ,ikinci pilləsi olan magistratura isə 1.5-2 ilə əhatə edir.

İlk baxışdan Bolonya təhsil sistemi illər boyu ugurla istifadə olunan bir çox ənənə və qaydalardan sanki uzaqlaşmaq kimi qəbul oluna bilərdi.Əslində , bu təhsil sistemi tədris praktikasında hər zaman ugurla istifadə olunan və xüsusi məna kəsb edən hər bir ənənə, qayda və mühtəlif işüsulların yaradıcı yolla istifadəsini nəzərdə tutur.Odur ki, yeni tədris prosesinin tədbiq olunması qısa zaman çərçivəsində və çətinliksiz baş vermişdi.

Bolonya təhsil sistemi tətbiqi ilə bilavasitə olaraq tələbələrin daha inamlı və cəsarətli çıxış etməsi, öz hüquqi tələblərini müdafiyəyə hazır etmələri xoş təsir bagışlayir.Buna da dövrümüzü xarakterizə edən çoxpozitiv cəhəti kimi qəbul etmək olar.

Ali təhsil ocagımızın son illərin tarixində yadda qalanm hadisə kimi onun əsaslı təmir olunmasını qöstərmək olar .Ciddi təmirə ehtiyac olan təhsil ocagımızın təmamilə yeniləşməsi hamının ürəyindən oldu. 2008-2009-ci tədris ilin başlangıcına və təhsil ocagımızın və təhsil ocagımızın əsaslı təmirin həsr olunan təntənəli iclasda Azərbaycab Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi yadda qalan oldu.Ölkə prezidentin çıxışında təhsil ocagımıza verilən yüksək qiymət və onun banisinə həsr olunan ən gözəl sözlər və digər tərəfdən BMA-na Azərbaycan musiqisinin banisinin adının bərpa olunması bütün musiqiçilərin və eləcə də musiqi sevənlərin ürəyindən oldu.

Ü.Hacıbəyli adına BMA-nın son dövr fəaliyyətinin harakterini qöstərən edən təmayül kimi müxtəlif seriyadə özünü bildirən beynalxalq əlaqələrin rolu qeyd olunmalıdır.Şübhəsiz ki, bu əlaqələrin bir tərəfdən mövcutlugu və diqər tərəfdən qenişlənməsi qənc musiqiçilər üçün oldugca vacib və faydalıdır.Təbii ki,akademiyada baş verən qörüşlər ,konsertlər eləcədə keçirilən müsabiqələr,masterklaslar hər bir qənc musiqiçinin peşəkər kimi formalaşmasında çox vacib amil kimi, çıxış edir.Dediyimizin təsdiqi kimi Azərbaycan Norveç əlaqələrini göstərmək olar. Bu əlaqələrin ən geniş təzahürü kimi beynəlxalq yarışmalarda gənc ifaçıların iştirak etməsidir. Tədbirə layiq odurki, bu müsabiqələrdə Musiqi Akademiyasının ifaçılıq fakultəsinin tələbələri ,həmdə BMA-nı nəzdində Məktəb studiyasının tələbələri iştirak edir.Çox sevindirici hal kimi onu göstərmək olar ki , bu müsabiqə qalibləri arasında hər iki təhsil qurumunu təmsil edən gənc musiqiçilərimizin adlarına rast gəlmək olar.

Son olaraq vurgulamaq istərdik ki Ü.Hacibəyli adına BMA-nın həyatı öz aharı ilə cərəyan edir və burada çalışan hər bir insan müəllim və tələbə öz işinə məsuliyyətlə yanaşır

Haqqında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı.
1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb.
1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 25 kafedra mövcuddur, 19 ixtisas üzrə isə mütəxəssis hazırlanır.
Hazırda universitetdə 2261 bakalavr tələbə, 125 magistrant, doktorant və dissertant təhsil alır. 43 professor, 93 dosent olmaqla ümumilikdə 312 müəllim heyəti çalışır

Haqqında

Dövlət başçısının 3 yanvar 1999-cu il tarixli Fərmanı əsasında Bakı Sosial İdarəetmə və Siyasi Elmlər İnstitutu əsasında qurulmuşdur. Akademiya fəaliyyətinə 1 sentyabr 1999-cu ildə başlamışdır.

Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə qərara alıram:

1. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılsın.

2. Akademiyanın fəaliyyətinə ümumi rəhbərlik və təşkilati məsələlərin həlli Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına, elmi-metodik rəhbərlik isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunsun.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi təsdiq edilsin.

4. Dövlət İdarəçilik Akademiyasında təhsil prosesi 1999-cu il sentyabrın 1-dən başlansın.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, keçmiş BSİPİ-də təhsil alan tələbələrin müvafiq dövlət təhsil müəssisələrinə köçürülməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri 1999-cu il sentyabrın 1-dək həll etsin.

Haqqında

1995-ci ilin may ayında Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu və bu təşkilatın bütün konvensiyalarını qəbul etdi. Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Dəniz Akademiyası ilk gündən BDT-nin "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında" 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq təhsilini qurmuşdur.

Azərbaycan Dövlət Dəniz Akademiyası 2000-ci ilin yanvar ayında Beynəlxalq Dəniz Təşkilatının dəniz təhsil məktəbləri kataloquna 012 sayla daxil edilmişdir.

Haqqında

Milli Aviasiya Akademiyası 1992-ci ildə “Milli Aviasiya Mərkəzi” kimi yaradılmışdır. 1994-cü ildə “Milli Aviasiya Mərkəzi” Milli Aviasiya Akademiyası adlandırılmışdır.

1996-cı ildən etibarən Milli Aviasiya Akademiyasına Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Arif Mir Cəlal oğlu Paşayev rəhbərlik edir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin («AZAL» QSC) Milli Aviasiya Akademiyası (MAA) bu gün Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir.

MAA-nın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Təhsil haqqında» və «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) əmrləri, sərəncamları, qərarları, normativ-hüquqi sənədləri, Azərbaycanın Aviasiya Qaydaları, «AZAL» QSC prezidentinin əmr, göstəriş və sərəncamları, «AZAL» QSC-nin və MAA-nın Nizamnamələri, Ali Təhsil Müəssisələrinin nümunəvi Nizamnaməsi ilə tənzimlənir. Eyni zamanda MAA öz fəaliyyətində ICAO, DAK və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq mülki aviasiya təşkilatları tərəfindən qəbul edilmiş qaydaları, standartları, tövsiyə etdikləri təcrübəni və prosedurları, Avropanın Uçuşların Təhlükəsizliyi Agentliyi (EASA) ilə bağlanmış işçi sazişdən irəli gələn öhdəlikləri rəhbər tutur.

Haqqında

Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf ede bilməz.” – deyən Ulu Öndərin təhsilin prioritet vəzifələrini ifadə edən bu sözləri böyük uzaqgörənliklə Azərbaycanın bu günündən parlaq gələcəyinə ünvanlanmışdır. Bu gələcəyi təmin etmək, Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşür.Bu vəzifələrin həyata keçirilməsində respublikamızın bütün ali təhsil ocaqları kimi, Sumqayıt Dövlət Universitetinin də özünəməxsus yeri və rolu vardır. Bu gün təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 55 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu. Məhz bu tarixi fərmandan sonra şəhərin elm və təhsil ocaqlarında böyük bir canlanma yarandı, yeni-yeni istiqamətlərdə inkişaf dinamikasının perspektivləri müəyyənləşdirildi, Sumqayıtda fəaliyyət göstərən Elmi-tədqiqat institutları ilə, həmçinin orta ixtisas təhsili müəssisələri – kolleclərlə, incəsənət və musiqi məktəbləri ilə geniş əlaqələrin qurulması şəhərdə elm və təhsilin, mədəniyyətin inkişafına yeni təkan verdi.