Haqqımızda
Bələdçi İnformatika Məktəbi25 Yanvar 2009-cu ildən fəaliyyətə başlayıb və bu gün də müasirlik, peşəkarlıq və keyfiyyəti əsas tutaraq təhsildə və digər xidmətlərində yenilikləri tətbiq edən, operativliyi, dəqiqliyi əsas götürən bir şirkətdir.
Missiyamız
“BƏLƏDÇI İNFORMATIKA MƏKTƏBI” MMC-nin missiyası optimal müasir texnologiyanı tətbiq etməklə dünyadakı yenilikləri izləyərək onlardan səmərəli şəkildə istifadə etmək və bunun əsasında beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır.
Hədəfimiz
Bizim hədəfimiz Azərbaycan Respublikasında müştərilərimizin müasir avadanlıqlar, yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin olunmalarına yardım edən aparıcı bir şirkət qurulmasıdır. Bizim hər bir müştərimiz professional və keyfiyyətli təhsil və xidmətlərlə təmin ediləcəyinə əmin ola bilər.
Komandamız
“BƏLƏDÇI İNFORMATIKA MƏKTƏBI” MMC-nin işçi heyəti yüksək səviyyədə ünsiyyətcil, bacarıqlı, müasir təhsil görmüş, tanınmış yerli və xarici universitetlərin məzunları, müəllimləri, yerli və xarici şirkətlərdə məsul vəzifələrdə çalışmış işçilər və mütəxəssislərdən ibarətdir.
Üstünlüklərimiz
Bələdçi İnformatika Məktəbiaşağıdakı xidmətləri təklif edir:
TƏLİMLƏR
XARİCİ DİL KURSLARI
“BƏLƏDÇI İNFORMATIKA MƏKTƏBI” da siz Azərbaycan, İngilis, Alman, Fransız, İspan, İtalyan, Yapon, Polyak, Ərəb, Fars, Rus, Gürcü və s. dillərə yiyələnə biləcəksiniz. Həmçinin xarici vətəndaşlar üçün Azərbaycan dili kursları da təşkil edilir. Kurslar ən müasir metodikalardan istifadə etməklə xüsusi proqramlar əsasında keçirilir. Proqram seçilərkən tələbənin başlanğıc bilik səviyyəsi, sərbəst vaxtı və dili öyrənməkdə məqsədi nəzərə alınır. Sizə həmçinin Amerikalı mütəxəssislər tərəfindən tədris olunan ingilis dili kursları da təklif edirik.
KOMPÜTER PROQRAMLARININ TƏDRİSİ
Bələdçi İnformatika Məktəbi olaraq müştərilərimizə bütün kompüter proqramlarının tədrisini və eyni zamanda mütəxəssislərimiz tərəfindən həmin kompüter proqramları üzrə müəyyən xidmətlər göstərilməsini təklif edirik.
KORPORATİV MÜŞTƏRİLƏRƏ XÜSUSİ TƏKLİFLƏR
“BƏLƏDÇI İNFORMATIKA MƏKTƏBI” MMC öz əməkdaşlarının bilik səviyyələrinin artırılmasında marağı olan bütün təşkilatlar üçün «Xüsusi Təkliflər» proqramı hazırlamışdır. Bu proqram sizə, başqa proqramlardan fərqli olaraq, vaxtınıza qənaət edərək, ancaq müəyyən istiqamətdə biliklər əldə etməyə kömək edəcək. Burada müəssisənin fəaliyyət sahəsi, əməkdaşlarının vəzifə spesifikası, asudə vaxtı nəzərə alınır. Biz müasir bazarın tələblərini nəzərərə alaraq ən müasir peşə sahələri üzrə ixtisaslaşma kursları təqdim edirik.
TƏRCÜMƏ XİDMƏTLƏRİ
Biz sizə böyük məmnuniyyətlə istənilən mövzunun tərkibində şifahi, yazılı, tam keyfiyyətli tərcümə xidmətini, eləcə də xarici qonaqların dilçilik təminatını təklif edirik. Mərkəz 25-ə yaxın dil üzrə yazılı və şifahi (sinxron və sistematik) tərcümə xidməti təklif edir.
MÜHASİBATLIQ XİDMƏTLƏRİ
Biz müştərilərimiz üçün yuksək səviyyəli mühasibatlıq xidmətləri təklif edirik. Fəaliyyət sahəsindən asılı olmayaraq istənilən mühasibat sənədlərinin tərtib olunmasında, hesabatların hazırlanmasında yüksək operativlik və dəqiqlik bizim əsas prioritetimizdi. Biz həm vergi hesabatlarını həm də daxili maliyyə hesabatlarını tez bir zamanda hazırlayır və müştəriyə təqdim edirik.
İT (İnformasiya Texnologiyaları) XİDMƏTLƏR
"BƏLƏDÇI İNFORMATIKA MƏKTƏBI" MMC bütün müştərilərinə yüksək keyfiyyətli Kompüter və İT Xidmətləri, eyni zamanda Təhlükəsizlik sistemlərinin və rabitə xətlərinin quraşdırılması xidmətlərini təklif edir.
XARİCDƏ TƏHSİL
Bələdçi İnformatika Məktəbixaricdə təhsillə bağlı aşağıdakı xidmətləri təklif edir: