0702133333

0702133333

Toy dəvətnamələri - Azərbaycanda kiberfırıldaqçılığın yeni metodu
23.11.2024 10:17

oy dəvətnamələri - Azərbaycanda kiberfırıldaqçılığın yeni metodu  Azərbaycanda kibercinayətkarlar yeni fırıldaqçılıq üsulundan istifadə etməyə başlayıblar. Onlar “WhatsApp” messenceri vasitəsilə toy dəvətnamələri adı altında zərərli fayllar göndərirlər. Belə bir faylı telefona yüklədikdən sonra cihaza zərərli proqram quraşdırılır. Bu proqram kibercinayətkarlara cihaza uzaqdan giriş imkanı verir, nəticədə şəxsi məlumatları və smartfonda saxlanılan məxfi informasiyanı oğurlamağa şərait yaradır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bu faktı təsdiqləyərək vətəndaşları ayıq-sayıq olmağa, ehtiyatlı davranmağa və şübhəli faylları yükləməkdən çəkinməyə çağırıb. O, həmçinin şəxsi məlumatların heç kimə ötürülməməsini tövsiyə edib. Kaspersky GReAT-ın Rusiya üzrə rəhbəri Dmitri Qalov analoji vəziyyətdə düzgün davranış barədə vətəndaşlara bir neçə tövsiyə verib: Fırıldaqçılar şəkil adı altında zərərli proqram yayırlar. Bu halda, çox güman ki, istifadəçilərə şəkil deyil, “dəvətnamə” adı ilə təqdim olunan icraedici fayl  göndərilir.Sizə şəkil əvəzinə başqa bir şey göndərildiyini anlamaq üçün faylın uzantısına diqqət yetirin. Şəkillərin, fotoların adında heç vaxt .apk və ya .exe ola bilməz (bu cür uzantı ehtiva edə bilməz). Bu uzantılar göndərilənin icraedici fayl, daha doğrusu proqram olduğunu göstərir.Sizə hər hansı şübhəli mesaj göndərilərsə, onun tərkibindəki linklərə daxil olmağı və heç bir faylı yükləməyi tövsiyə etmirik. Əgər bu cür mesaj sizə tanış birindən gəlibsə, onun həqiqətən həmin şəxs tərəfindən göndərildiyini başqa bir əlaqə kanalı ilə yoxlayın.Qorunmaq üçün etibarlı antivirus həllərindən istifadə edin. Onlar zərərli proqramların cihaza quraşdırılmasını və ya fişinq linklərinə keçidi avtomatik bloklayacaq. Unutmayın, əgər sizi tələsdirir və ya qorxudurlarsa, çox güman ki, bu kibercinayətkarlardır. Şübhəli linklərə daxil olmayın və messencerdəki mesajlarda gələn şübhəli faylları yükləməyin.Əgər kibercinayətkarlar cihaza zərərli proqramı yükləməyi bacarıblarsa, onu antivirus vasitəsilə silmək lazımdır. Ödəniş məlumatlarınıza daxil olunduğu barədə şübhələriniz varsa, bank kartlarınızı bloklayın və əlavə məsləhət üçün bankınıza müraciət edin.

Digər xəbərlər