Cəlilabad rayonunda bu il 2 məktəbdə yeni peşə təmayüllü siniflərin yaradılması planlaşdırılır.
”Report”un Muğan bürosunun məlumatına görə, yeni siniflərin Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbində və Sərhədabad kənd tam orta məktəbində təşkil olunması gözlənilir.
Bildirək ki, bu vaxta qədər rayonun digər 5 tam orta məktəbində sözügedən siniflər fəaliyyət göstərib.
Qeyd edək ki, 5 məktəbdə təşkil olunan bu tip siniflər ümumilikdə 122 şagirdi əhatə edib.