0702133333

0702133333

”Data Science’da karyera” adlı ödənişsiz vebinar keçiriləcək
26.09.2024 16:27

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən ”İşgüzar söhbətlər” layihəsi çərçivəsində ”Data Science’da karyera” adlı ödənişsiz vebinar keçiriləcək.  ”Data Science” sahəsi, müasir dövrdə karyera imkanları baxımından son dərəcə cazibədar bir sahədir. Bu vebinarda, ”Data Science” üzrə karyera qurmağın yollarını, lazım olan bacarıqları, müvafiq resursları və praktiki tövsiyələri öyrənəcəksiniz.  Spiker qismində Data Science Academy və QSS Analytics LLC-nin təsisçisi Etibar Hüseynli iştirak edəcək. O, Data elmləri sahəsində geniş təcrübəyə malikdir, 300-dən çox mütəxəssisə təlim və konsultasiya verib, R, Python və Tableau kimi proqramlaşdırma dillərində müxtəlif layihələr icra edib. Vebinar kimlər üçün uyğundur?  ”Data Science” sahəsinə yeni başlayanlar  Karyerasını dəyişdirmək istəyənlər  Gənclər, tələbələr məzunlar və s.  Məkan: Zoom  Tarix: 30 Sentyabr  Saat: 19:00 Qeydiyyat üçün: Data Scienceda karyera