0702133333

0702133333

” Planlama üzrə təcrübəçi ” vakansiyası
26.09.2024 16:10

A+CO OJSC “ Planlama üzrə təcrübəçi ” vəzifəsi üzrə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: • İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatları analiz etmək, dövri olaraq məlumatları yeniləmək; • İstehsalın gündəlik olaraq izlənməsi, verilən planların yerinə yetirilməsinə nəzarət etmək; • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələbin planlaşdırmasını həyata keçirmək və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsini təmin etmək; • Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək; • Hazır məhsul, xammal və material qalıqlarının yetərli olmasına nəzarət etmək; • İstehsal vəziyyətini, xammal xərclərini, həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək; • Bir başa rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatların hazırlanıb təqdim etmək. Tələblər: • Ali təhsil ( Maliyyə, İqtisadiyyat, Sənayə);  • İstehsalat və ya qida sahəsində məlumatlı olması arzuolunandır;  • Microsoft Office proqramlarını bilməli;  • İşində məsuliyyətli, dəqiqlik; • Komanda ilə işləmə bacarığı. İş şəraiti: • İş yeri: Xırdalan şəhəri; • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; • Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur; • Ödənişli (Maaşlı) təcrübə proqramı. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Planlama üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.